Şəhid anası bayram yolkasını belə bəzədi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəhid anası bayram yolkasını belə bəzədi - Foto

Maraqlı

31 Dekabr 2021 09:31 1246


Şəhid Fərid İlyasovun anası qeyri-adi bayram yolkası qurub. 21 yaşlı Fəridin anasının bəzədiyi yolka digərlərindən fərqlənib və sosial şəbəkə iştirakçılarının marağına səbəb olub.

Yenisabah.az xəbər verir ki, əslən Laçın rayonunun Hacılar kəndindən olan Fəridin anasının qurduğu yolkada bəzəkli oyuncaqların əvəzinə 300-ə yaxın şəhidimizin şəkli yer alıb. Qəhrəman ana şəhidlərimizə ehtiramını özünəməxsus tərzdə ifadə etməklə görənləri yaxşı mənada təəccübləndirib, onların Vətən müharibəsinin davam etdiyi dövrə virtual səyahət etmələrinə səbəb olub.

Qeyd edək ki, Fərid İlyasov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə", "Şuşanın azad edilməsinə görə" və "Qəhrəmanlığa görə" orden və medalları ilə təltif olunub. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!