Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, “Vətən uğrunda” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Mehrac İntiqam oğlu Əhədovun şəhadətinin ildönümü qeyd olunub.
Yenisabah.az xəbər verir ki, dünən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid Mehrac Əhədovun ailə üzvləri və qohumları, döyüş yoldaşları onun uyuduğu Qobustan qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Məzar ətrafına toplananlar şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək, Mehrac Əhədovun məzarı üzərinə əklil və gül dəstələri qoymuş, xatirəsini hörmət və ehtiramla yad ediblər. pizza
Daha sonra şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı olmuş, tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Mehracın xatirəsi anılıb.
Bulağın açılışında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildiriblər. Şəhid Mehrac Əhədovun valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edərək Allahdan onlara səbr diləyiblər.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq bildiriblər ki, prezident-ordu-xalq birliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edilib, haqq-ədalət bərpa olunub.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid Mehrac Əhədovun yağlı boya ilə çəkilmiş portretini xatirə olaraq atası İntiqam Əhədova təqdim edilib.
Şəhidin ailə üzvləri çıxış edərək hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər.
Telegram kanalımız