Səhiyyə Nazirliyinin qarşısında soyunan jurnalist sərbəst buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyinin qarşısında soyunan jurnalist sərbəst buraxıldı

Sosial

19 May 2019 11:28 1849


Kanal 8-in jurnalisti Teymur Kәrimov sәrbәst buraxılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barәdә mәlumat verәn jurnalistin özü deyib ki, onu Nәsimi Rayon Polis İdarәsindә 4 saatdan çox saxlayıblar. Respublika Klinik Xәstәxanasında qan xәrçәngindәn әziyyәt çәkәb anasının müalicәsinә pul çatdıra bilmәdiyini deyәn jurnalist mayın 18-dә Sәhiyyә Nazirliyinin qarşısında aksiya tәşkil etmişdi.

Aksiyadan polis tәrәfindәn Nәsimi Rayonun 20-ci polis bölmәsinә sonra isә Nәsimi Rayon Polis İdarәsinә aparılan jurnalist bildirib ki, ondan aksiyasının sәbәbini soruşublar vә izahat yazdırıblar. "Daha sonra mәnә vәd veriblәr ki, mayın 20-si mәni Sәhiyyә Nazirliyindә qәbul edәcәklәr. Hәmçinin deyiblәr ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq. Bundan sonra sәrbәst buraxıldım". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!