Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, oktyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə irəliləyib. O, 2777 xalla 5-ci pilləyə yüksəlib.
Son dünya kubokunun qalibi Teymur Rəcəbov isə 2767 xalla 9-cu pillədə qərarlaşıb. Dominos pizza
Qadınlar arasında Günay Məmmədzadə 2427 xalla 38-ci sıradadır.
Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı 2870 xalla Maqnus Karlsen başçılıq edir.
Telegram kanalımız