İşlənmiş şəkər qəbul etmək insulin müqaviməti, 2-ci tip diabet, ürək-damar xəstəlikləri riskini artırır və yaddaşa, eləcə də idrak funksiyasına təsir edə bilir.
Ağ çörəkdən tutmuş makaron məhsullarına qədər bir çox işlənmiş qidada olan şəkər qocalmanı sürətləndirir, beyin funksiyasını ləngidir. Bu gün marketlərdə satılan qidaların tərkibini oxusaq əksəriyyətində əlavə şəkər olduğunu görmək mümkündür.
Lakin şəkəri kəsdiyiniz zaman bədənimizdə baş verən heyrətamiz dəyişiklikləri müşahidə edə bilərik. pizza hut
Yenisabah.az şəkəri kəsdikdə bədənimizdə baş verən dəyişiklikləri təqdim edir:
Şəkərdən imtina etdikdən 1 saat sonra orqanizmdə nə baş verir?
Əvvəla, bilməlisiniz ki, şəkər yeməyi dayandırdıqdan bir neçə saat sonra siz şəkərli bir şey yeməyə can atacaqsınız. Çünki şəkər asılılıq yaradır və narkotik kimi beynin mükafat mərkəzində dopamin reaksiyasını aktivləşdirir. Gündəlik istehlak etdiyiniz şəkərin miqdarından asılı olaraq qan şəkəri səviyyənizdə dəyişkən düşüşlər, tərləmə, titrəmə, əsəbi əhval-ruhiyyə, aclıq və kədər hiss edə bilərsiniz. Bu simptomları lifli təzə meyvələr, protein mənbələri və sağlam yağlarla azaltmaq olar.
1 gün sonra
Şəkər yeməyi dayandırdıqdan sonrakı günlər ən çətin günlərdir. Baş ağrısı və enerji səviyyəsinin azalması kimi simptomlarınız ola bilər. Siqareti tərgitmiş bir insan güclü istəklə mübarizə apardığı kimi, şəkəri dayandıran insanlar da şirin şeylər yeməyə həvəs göstərirlər.
Ancaq yaxşı xəbər budur ki, şəkərdən imtina etdikdən bir gün sonra belə bədən özünü sağaltmağa başlayır.
Şəkər bağırsaq sağlamlığınıza təsir edə biləcək zərərli mikroorqanizmləri qidalandırır. İşlənmiş şəkərin kəsilməsi bu mikroorqanizmləri nəzarətdə saxlamağa kömək edir.
1 həftə sonra
Şəkərdən imtina etdikdən bir həftə sonra insulin səviyyələrində yaxşılaşma və iltihabla mübarizə başlayaraq bədən tez özünü bərpa etməyə başlayır.
72 saat ərzində insulin səviyyəniz sabitləşməyə başlayanda digər hormonlar da normal səviyyəyə qayıdır. Dərinin parlaqlığı artır və üzdəki şişkinlik azalmağa başlayır.
30 gündən sonra
Stabil qan şəkəri səviyyəsi, zehni aydınlıq, təbii kilo itkisi və yaxşılaşmış bağırsaq sağlamlığı şəkərdən imtina etdikdən 30 gün sonra ən aydın şəkildə müşahidə olunan nəticələrdir. Bağırsağı "ikinci beyin" adlandıran elm adamları onu da qeyd edirlər ki, sağlam bağırsaq orqanizmdə iltihabı və bir çox sağlamlıq problemlərinin ümumi riskini azaldır.
6 ay sonra
Qan şəkəriniz sabit olduqda bədən yağınız, xüsusən də qarın yağlarınız əriyir. 6 ay şəkərdən imtina etmək sizi daha fit və sağlam edəcək, həmçinin 3-cü tip diabet, ürək-damar xəstəlikləri və erkən yaşlanma risklərindən qorunacaqsınız. Ən önəmlisi, 6 ay şəkər yeməsəniz, artıq şəkər istəmədiyinizi, yedikdə ağız dadının pozduğunu hiss edəcəksiniz.
1 il sonra
Şəkər gündəlik qida rasionunuzdan uzun müddət çıxarıldıqda dəri keyfiyyəti yaxşılaşır, üzdə və bədəndə sızanaqlar, qaşınmalar və incə qırışlar azalır. Şəkərli diabet kimi qarşısı alına bilən xəstəliklərin ümumi riskində, həmçinin infarkt və insult riskində azalma olur.
Əsmətxanım
Telegram kanalımız