Şəkidə binada partlayış oldu

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə binada partlayış oldu

Kriminal

15 Aprel 2019 14:07 880


Şəki şəhərində beşmərtəbəli yaşayış binasnda partlayış baş verib.

“Yeni Sabah” xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə olub və yanğınla nəticələnib. 

FHN-nin yaydığı xəbərə görə, yanğın nəticəsində mənzilin yanar konsturksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. pizza

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!