Şəkidə ev yandı, 60 yaşlı kişi öldü

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə ev yandı, 60 yaşlı kişi öldü

Hadisə

21 Fevral 2022 23:07 707


Şəki şəhərində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin dam örtüyü 15 m² sahədə yanıb.

FHN-dən Yenisabah.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Mustafayev Rüstəm Nürəddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Pepperoni pizza

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!