Şəkidə kriminal aləmə meyilli şəxslər narkotiklə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə kriminal aləmə meyilli şəxslər narkotiklə tutuldu

Kriminal

16 Yanvar 2020 09:14 1648


Şəkidə kriminal aləmə meyilli olan şəxslər narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, 31 yaşlı Rafiq Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırmalarla ona həmin narkotik vasitəni satan şəxsin 37 yaşlı şəhər sakini Polad Əfəndiyev olduğu müəyyən olunub. P.Əfəndiyev də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilb. Şəxsi axtarış zamanı ondan da heroin aşkarlanıb. Faktla bağlı ŞRPŞ-nin İstintaq Bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, həmin şəxslər cinayətkar aləmə meyilliliyi ilə diqqət çəkirlər. Belə ki, Polad Əfəndiyev əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!