Şəkidə səkkiz gün öncə avtoqəzada xəsarət alan şəxs xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə səkkiz gün öncə avtoqəzada xəsarət alan şəxs xəstəxanada öldü

Hadisə

17 Noyabr 2025 21:19 504


Şəkidə səkkiz gün öncə yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs xəstəxanada ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, avtoqəza noyabrın 9-da rayonun İnçə kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə toqquşma nəticəsində "Chevrolet"in sürücüsü, 35 yaşlı Famil Şəmiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bakıda xəstəxanalardan birinə yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib. pizza mizza

Qeyd edək ki, avtoqəza zamanı ümumilikdə altı nəfər xəsarət almış, onlardan ikisi xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!