Şəkidə subartezian quyuları qazılacaq

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə subartezian quyuları qazılacaq

Sosial

30 May 2019 15:31 1199


Əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə “Azərsu” ASC tərəfindən son 10 ildə icra olunmuş layihələr çərçivəsində Bakı şəhəri və regionlarda ümumi məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni su mənbəyi yaradılıb.

"Yeni Sabah" xəbər veri ki, bu sözləri “Azərsu” ASC-ninSu mənbələrinin, emal qurğularının idarə olunması və ekologiya şöbəsinin rəisi Erkin Rüstəmov bildirib.

Onun sözlərinə görə, sahədə işlər davam etdirilir: "Son illər bəzi şəhərləri içməli su ilə təmin edən mənbələrdən götürülən suyun həcmində azalma müşahidə olunur. Bu isə yay aylarında həmin şəhərlərin dayanıqlı içməli su təminatında çətinliklər yaradır. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ötən il Tovuz, Lerik, Gədəbəy, Şamaxı şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub. Eyni zamanda əhaliyə verilən suyun keyfiyyətinin standartlar çərçivəsində saxlanılması məqsədilə Ağstafa və Qobustanda yeni təmizləyici qurğular istismara verilib. Bunlarla yanaşı, Şəki şəhəri üçün də alternativ mənbənin yaradılmasına başlanılıb və bu məqsədlə subartezian quyuları qazılacaq”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!