Şəkidə tarixi bina təhlükədədir -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə tarixi bina təhlükədədir - FOTOLAR

Mədəniyyət

05 İyun 2026 16:22 133


Şəkidə tarixi memarlıq abidəsi uçmaq təhlükəsi ilə üz-üzədir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkələrdə əslən Şəkidən olan ictimai fəal Sahib Kərimli yayıb.

O qeyd edib ki, ilk olaraq bank, daha sonra isə musiqi məktəbi kimi fəaliyyət göstərən bina hazırda qəzalı vəziyyətdədir: Sezar pizza

“Bura Şəkinin Fətəli Xan Xoyski küçəsidir. Yuxarı Karvansarayın üst tərəfindəki küçədir. UNESCO-ya düşən Şəkinin tarixi mədəniyyət və memarlığının qoruq ərazisidir.

Sağda, öndə gördüyünüz bina 1911-ci ildə inşa edilib. Tikintisində xüsusi kəsilmiş daşlardan və bişmiş kərpiclərdən istifadə edilib. Bu tarixi bina ilk öncə bank binası olub.

Şəki bəyləri indi haqqında danışılan Orta Dəhliz ticarət yolunda, bu bankdan ticari əməliyyatlarda istifadə ediblər. Çinlə və Avropayla ticarətin bir hissəsi də Şəki üzərindən keçirdi.

Sonradan sovet hökuməti binadan Musiqi məktəbi kimi istifadə edib.

Digər fotoda binanın tikilmə tarixi və musiqi məktəbi kimi fəaliyyəti ilə bağlı yazılar var. Maraqlananlar fotoları böyüdüb baxa bilərlər.

Bu bina sonralar baxımsızlıqdan viranə qalmış, üstəlik, qızılaxtaranlar onun divarlarını içəridən dəlik-deşik ediblər”.

Fətəli Xan Xoyiskinin adını daşıyan lövhə də yararsız haldadır:

“Üzərində Fətəli Xan Xoyskinin adı yazılan lövhənin bərbad durumuna da fotonu böyüdüb baxa bilərsiz.

Birinci fotodakı baxımsız tarixi abidədən sonra, sağdakı növbəti uzun görünən yaşlanıb, dalğalanan dam örtüyü Yuxarı Karvansarayın dam örtüyüdür.

Küçənin başında görünən və bir hissəsi fotoya düşən tikili isə Şəki Palas hotelidir.

Bu hotel Eyyubovlara məxsusdur, 2013-cü ildə tikilib, istifadəyə verilib.

Şəkidə elita yüz il qabaqlardan tarixi bank binası tikir, Şəkili Fətəli Xan Xoyski yüz il qabaqlardan buralarda biliklər qazanıb, Azərbaycan xalqına Cümhuriyyət, Hökumət inşa edir, amma Şəkidə adına olan küçədə lövhəsi bu vəziyyətə salınır, bu küçənin başında müasir hotel kompleksini də Eyyubovlar tikir”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tarixi tikilinin təmir-bərpası və istifadəsi nəzərdən keçiriləcək:

“Müxtəlif dövrlərdə fərqli adlarla mədəniyyət müəssisəsi kim fəaliyyət göstərən “Ziyalılar evi” hazırda qəzalı vəziyyətdədir. Tarixi tikililərin və mədəniyyət müəssisələrinin prioritetlərə uyğun şəkildə təmir-bərpası və onların yenidən istifadəsi istiqamətində tədbirlər görülməkdədir. Həmin tədbirlər çərçivəsində sözügedən tarixi tikilinin də təmir-bərpası və istifadəsi nəzərdən keçiriləcək”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!