Şəkidə yük avtomobili aşdı:   Ölən və xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə yük avtomobili aşdı: Ölən və xəsarət alanlar var

Hadisə

14 İyun 2025 21:16 461


Şəkidə yük avtomobili aşıb.

Yenisabah.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, İlqar Hacıyevin idarə etdiyi "ZİL" markalı yük avtomobili yük boşaldarkən aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Rizvan Cəlilov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. pizza mizza

Qəza zamanı avtomobilin sürücüsü və digər sərnişin - 58 yaşlı Qüdrət Alxasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!