Seks qalmaqalı ilə gündəmə gələn milli futbolçumuz cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Seks qalmaqalı ilə gündəmə gələn milli futbolçumuz cəzalandırıldı

İdman

19 Dekabr 2019 07:40 4107


Bir neçə gün əvvəl seks qalmaqalı ilə gündəmə gələn Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov 2 oyunluq cəzalandırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi qərar verib.

Bildirilir ki, buna səbəb “Albasete”nin formasını geyinən 27 yaşlı yarımmüdafiəçinin İspaniya Sequndasının XX turunda “Rayo Valyekano” ilə matçın 45+4-cü dəqiqəsində rəqib oyunçunu başla vurduğu üçün birbaşa qırmızı vərəqə almasıdır. pizza

Xatırladaq ki, futbol üzrə Azərbaycan millisinin və İspaniya "Albasate"sinin futbolçusu Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. Buna səbəb isə, 27 yaşlı yarımmüdafiəçinin 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılmasıdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!