Səlim Müslümovun məhkəməsi yenidən təxirə salındı 

saytların hazırlanması

Evə çatdırılma

Səlim Müslümovun məhkəməsi yenidən təxirə salındı 

Maraqlı

30 Avqust 2023 18:02 351


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. 

Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesin hansı səbəbdən təxirə salındığı açıqlanmayıb. 

Proses qeyri-müəyyən müddətə kimi təxirə salınıb.  Dominos pizza

Qeyd edək ki, eks-nazirin cinayət işi üzrə məhkəmə prosesi bundan əvvəl dəfələrlə təxirə salınıb. 

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!