Şəmkirdə ağır yol qəzası: Bir ailənin beş nəfər üzvü öldü -   Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə ağır yol qəzası: Bir ailənin beş nəfər üzvü öldü - Yenilənib

Hadisə

01 Dekabr 2019 20:07 1467


Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən beş nəfərin şəxsiyyəti məlum olub.

"Yeni Sabah" xəbər verir ki, qəzada Şəmkir rayon sakinləri, bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib.

Qəzada ölən Orucov Dilqəm və Orucov Vüqar qardaşdır. 1994-cü il təvəllüdlü Orucova Nübar isə O. Dilqəmin qızıdır.  Sezar pizza

***

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəza zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!