Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı

Hadisə

30 Avqust 2020 09:56 615


Sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirib,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilməsi, məscidlərin fəaliyyəti dayandırılması barədə maarifləndirici söhbətlər aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq rayonun Aşağı Seyfəli kəndindəki Şəhidlər Xiyabanında bir qrup şəxsin toplaşaraq "Aşura" mərasiminin keçirlməsinə cəhd etdiklərini aşkarlayıb. 

Polis əməkdaşları mərasimi dərhal dayandırıb, 15 nəfər  kənd sakini saxlanılaraq RPŞ-yə  gətiriliblər. İzahedici söhbətlər aparıldıqdan sonra saxlanılan şəxslərdən 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib, digər 3 nəfər barəsində isə toplanan material isə baxılması üçün  rayon məhkəməsinə göndərilib. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!