Şəmkirdə evlərdən oğurluq edən şəxs saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə evlərdən oğurluq edən şəxs saxlanılıb

Kriminal

11 Mart 2020 09:31 724


Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar və fevral aylarında rayon ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, 23 yaşlı İslam Vəliyev yanvar ayının əvvəllərində rayon ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1 ədəd “Grundig” markalı televizor və 3 ədəd şüşə qabları oğurlayıb. 

Daha sonra o, fevral ayının 16-da başqa bir evə daxil olaraq 1 ədəd “Arçelik” markalı televizor və “HP” markalı kompyuteri, fevralın 25-də isə digər bir evə gizli yolla daxil olaraq oradan 8 ədəd xrustal meyvə və şirniyyat qablarını oğurlayıb. Toyuqlu pizza

Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Dindirilmə zamanı İ. Vəliyev törətdiyi oğruluq hadisəsini etiraf edərək oğurladığı əşyaları 1200 manata satdğını, əldə etdiyi pulu isə mərc oyunlarında uduzduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!