Şəmkirdə qəza, 5 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə qəza, 5 nəfər yaralandı

Hadisə

23 Avqust 2020 15:57 860


Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, Şəmkir-Gədəbəy avtomobil yolunun Yasamal aşırımı adlanan ərazisində "VAZ" markalı avtomobillə yük maşınının toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

57 yaşlı Davud Orucov, 26 yaşlı İlkin Rəhimov və 12 yaşlı Tapdıq Quliyevin xəsarətləri daha ciddi olduğuna görə, onlar Gəncədə xəstəxanaların birinə yerləşdiriliblər. Daha 2 nəfərin vəziyyəti isə normal qiymətləndirilir. pizza

Məlumata görə, "VAZ" markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!