“Sən o evləri, bağları hansı pulla almısan?“   - Jurnalistdən etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Sən o evləri, bağları hansı pulla almısan?“ - Jurnalistdən etiraz

Maraqlı

30 Dekabr 2021 15:50 10110


"Jurnalistlərə sosial güzəştlərin edilməsi ilə bağlı təkliflər həmişə mübahisələrə səbəb olub. Hətta bunu ələbaxımlılıq kimi qiymətləndirənlər də var. Mən bu fikirdəyəm ki, jurnalistlərə veriləcək ən böyük mükafat yüksək əməkhaqqı olmalıdır. Jurnalist yaxşı maaş almalı, gözü onun-bunun cibində olmamalıdır". 

Bu sözləri "Şərq" qəzetinə açqılamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist qeyd edib ki, bunun üçün reklam bazarını canlandırmaq, redaksiyaların gəlirini artırmaq lazımdır: "Təəssüf ki, qısa zamanda buna nail olmaq mümkün deyil. Reallıq isə odur ki, jurnalistlərin sosial dəstəyə ehtiyacı var. Bir anlığa təsəvvür edək ki, dövlət Bayılda jurnalistlərin yaşadığı iki binanı tikməyib. Bu o deməkdir ki, yaşlı-başlı, təcrübəli media nümayəndələrinin əksəriyyəti hələ də evsiz qalacaqdı. Əgər jurnalist öz maaşı ilə ev ala bilmirsə, dövlətin uzatdığı əli geri itələməməlidir”. 

S.Verdizadə təəssüflə qeyd edib ki, üç evi, iki bağı olan adamlar jurnalist etikasından daha çox danışırlar: Marqarita pizza

 “Adamdan soruşarlar ki, sən o evləri, bağları hansı pulla almısan? Hansısa oliqarxdan almısan, üstəlik gizlin almısan. Jurnalist isə dövlətdən alıb, həm də aşkar alıb. Dünyanın əksər ölkələrində jurnalistlər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Türkiyədə, Avropa ölkələrində də bu cür tendensiya var. Jurnalistə hansısa güzəştin edilməsindən qorxmaq lazım deyil. Əsas odur ki, bu güzəştlər şəffaf olsun”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!