“Səni axtarıram”da qalmaqal -   Xalq artisti studiyanı tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

“Səni axtarıram”da qalmaqal - Xalq artisti studiyanı tərk etdi

Şou

13 Noyabr 2019 19:15 1549


"Səni axtarıram"ın ekspertlərindən biri Əjdər Həmidov canlı efiri yarımçıq tərk edib.

"Yeni Sabah" xəbər verir ki, verilişə çıxan bir qadın övladlığa götürdüyü qızının keçmiş həyat yoldaşı tərəfindən İranda qanunsuz şəkildə saxlanıldığını iddia edib.

Övladı üçün efirdə gözyaşı tökən qadına verilişin ekspertləri müxtəlif məsləhətlər veriblər. Xalq artisti Əjdər Həmidovun qadına "Doğma övladınız deyilsə neynirsiniz o uşağı?" - deyib. Bu sözlər efirdə qalmaqala səbəb olub. pizza sifarişi

Aparıcı Xoşqədəm Hidayətqızı 66 yaşlı aktyora "Əjdər müəllim, siz kəlmənizlə övladlığa götürülənlərin qəlbini param-parça etdiniz" deyərək irad bildirib. 

Aparıcının ardınca ekspert Kəmalə Ağazadə də Əjdər Həmidovun fikirlərinə "Bu verilişdə bioloji valideyinini axtarmağa gələn uşaq var. Çox ağır bir ittiham oldu" ifadələri ilə reaksiya verib.

Xalq artisti isə "Mən o qadına demək istəyirdim ki, bu zülmü çəkmə. O, onsuzda sənin doğma övladın deyil. Lazım deyildi də mənə hücum çəkmək" cavabını verdikdən sonra studiyanı əsəbi halda tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!