İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK - "Sepah") Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur ölkənin şimal-qərbində İran-Ermənistan, habelə İran-Azərbaycanın sərhədlərinə baş çəkib.
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, general konkret olaraq "Aşura" düşərgəsinin missiya bölgəsinə səfər edib.
M. Pakpur sərhəd bölgələrində İİKK əsgərlərinin döyüş hazırlığı və onların müdafiə qabiliyyətini dəyərləndirib. Dominos pizza
Bu səfər zamanı "Sepah" quru qoşunlarının komandanı əsgərlərə xitabən deyib: "Təhlükəsizlik, müdafiəsi məsələsi soyuq, isti, bayram və qeyri-bayram günləri tanımır və biz ayıq-sayıqlığın və hazırlığın zirvəsində olmalıyıq. Həmişə buna diqqət yetirin".
Qeyd edək ki, bundan əvvəl general M. Pakpur İranın şimal-şərq sərhədlərində İİKK quru qoşunlarının sərhədçiləri və əsgərləri ilə görüş keçirib. Lakin Ermənistan-Azərbaycan sərhədində hazırkı gərginlik şəraitində onun ölkəsinin şimal-qərb sərhədlərinə gəlişi birmənalı yozulmur.
Telegram kanalımız