Separatçılar arasında qarşıdurma...

saytların hazırlanması

Evə çatdırılma

Separatçılar arasında qarşıdurma...

Rəsmi

15 Fevral 2023 10:11 868


“Artsax”da “konstitusiya” böhranı hökm sürür”. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri qondarma rejimin “müdafiə ordusu”nun sabiq “komandanı” Samvel Babayan deyib. 

O qeyd edib ki, separatçı rejimdəki “super-prezidentlik sistemi”ndə güclər bölünüb:  Dominos pizza

“Hər kəsin burada gücü var, amma bu güclər bölünüb. Səlahiyyət hamıdadır, amma kimsə məsuliyyətli olmaq istəmir. 

Ona görə də bütün mümkün səylər yalnız “konstitusiya” dəyişiklikləri ilə mümkün ola biləcək. Biz bu dəyişikliyi böhranın həllinə yönəltməliyik”. 

Xatırladaq ki, son günlər tanınmamış “DQR”in “rəhbərliyi”ndə “prezident” Araik Arutyunyan ilə “dövlət naziri” Ruben Vardanyan arasında siyasi çəkişmələr davam edir. 

Xankəndidə hesab edirlər ki, qondarma qurumun siyasi kluarlarında hazırda ölüm-dirim savaşı başlayıb. Hətta “prezident” Arutyunyan Vardanyan amilindən canını qurtarmaq üçün “Artsax konstitusiyası”nda dəyişikliklərin edilməsini planlaşdırır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!