Serbiyanın ikinci liqasında "Metalats" və "Baçka" komandaları arasında keçirilən matçda futbolçular arasında kütləvi dava baş verib.
“Yeni Sabah” xəbər verir ki, ilk hissədə "Baçka"nın futbolçusu zədələnib. Buna məhəl qoymayan rəqib oyunu davam etdirib. "Metalats"ın hücumçusu qapıçı ilə təkbətək çıxıb və komandasını hesabda önə keçirib. O, qoldan sonra rəqib futbolçuların hücumuna məruz qalıb və oyun bu səbəbdən bir neçə dəqiqə dayanıb.
Qarşılaşmanın hakimi münaqişədən sonra 3 qırmızı vərəqə göstərib. Görüş "Metalats"in qələbəsi ilə yekunlaşıb - 2:0. Pepperoni pizza
Telegram kanalımız