Sergey Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Sergey Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

Siyasət

03 Dekabr 2019 09:59 1183


Azərbaycanda səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dekabrın 3-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

"Yeni Sabah"ın xəbərinə görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən nazir ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!