"Biz ikitərəfli münasibətlərin bəzi məsələlərini müzakirə etdik və konkret razılaşmalar əldə etdik".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu fevralın 16-da hökumətin iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Türkiyəyə səfərinə toxunan nazir qeyd edib ki, rəsmi Ankara erməni xilasedicilərinin əməyini, eləcə də humanitar yardımı yüksək qiymətləndirib: pizza mizza
“Hesab edirəm ki, bu, tərəfimizdən mühüm humanitar addım idi. Sərhədin, nəhayət, açılması üçün dialoqu və gedən prosesləri sürətləndirmək qərarı var. Tarixi Ani körpüsünün bərpası üçün birlikdə çalışacağımız elan edildi. Həmçinin, turizm mövsümü başlamazdan əvvəl Ermənistan-Türkiyə sərhədi boyunca üçüncü ölkə vətəndaşları üçün maneəsiz gediş-gəlişin yaradılması nəzərdə tutulur”.
Telegram kanalımız