Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan sabiq müdafiə naziri Seyran Ohanyanın cinayət işi üzrə dindirilib.
Yenisabaha.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu baş prokuror Anna Vardapetyan fevralın 8-də parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, S.Sarkisyanın vəzifədən sui-istifadə hallarında əli olduğuna dair birbaşa sübut yoxdur: “Ancaq Baş Prokurorluqda keçmiş müdafiə nazirinin məsələni prezidentlə müzakirə etdiyinə dair əlyazma qeydi olan sənəd var”. Marqarita pizza
Seyran Ohanyan hərbi hissənin ərazisini qanunsuz olaraq satmaq haqqında əmr verməkdə ittiham olunur. Hazırda Ermənistan parlamentində onun toxunulmazlığının ləğvinə dair müzakirələr keçirilir.
Telegram kanalımız