Sərsəngin hazırki vəziyyəti şok etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sərsəngin hazırki vəziyyəti şok etdi - Foto

Rəsmi

18 May 2023 22:59 1739


Sərsəng su anbarında vəziyyət son dərəcə kritikdir. Qarabağdakı separatçı rejim Xankəndinin işıqlandırılması üçün su anbarından istifadə edildiyini, nəticədə quraqlığın yarandığını bildirir. Heç bir tədbir görülmədən anbardakı suyun enerjinin əldə edilməsinə sərf olunması anbarın quruması ilə nəticələnib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, separatçılar dekabrdan bu yana suyun səviyyəsində sürətli azalmanın müşahidə olunduğunu, hazırda böhran yaşandığını söyləyirlər.

Ekoloqların fikrincə, ermənilər qışda Kəlbəcər dağlarında toplanan qarın yayda əriyərək Sərsəngə tökülüb burada suyu artıracağını, beləliklə vəziyyətin düzələcəyini düşünüblər. Amma əksinə bu il dağlara yağıntının az düşməsi səbəbilə bu, mümkün olmayıb. Sezar pizza

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!