Türkiyənin Sivas vilayətində sərt qış şəraiti səbəbindən dağlarda qida tapa bilməyən canavarlar yaşayış məntəqələrinə enməyə başlayıb. Hadisə Sivasın Altınyayla rayonuna bağlı Kızılhüyük kəndində baş verib.
"Yeni Sabah" xəbər verir ki, gecə saatlarında kəndə enən canavarlar kənd sakinlərini təşvişə salıb. Qida axtaran 4-5 canavar kənddə dolaşaraq evlərin ətrafına yaxınlaşıb. Canavarlar kənd muxtarı Beşir Bölükbaşının həyətinə girərək qapı önündə bağlı olan iti parçalayıb.
Hadisə kənd imamı tərəfindən videolentə alınıb. Pepperoni pizza
Səhər namazı vaxtı məscidə getmək istəyən imam canavarları görərək dərhal geri qayıdıb və muxtara xəbər verib. Hadisə yerinə gələn muxtar canavarların iti parçaladıqdan sonra açıq əraziyə doğru qaçdıqlarını bildirib. Canavarların qaçış anları da kameraya düşüb.
Kənd muxtarı Beşir Bölükbaşı bildirib ki, son günlər canavarlar tez-tez kəndə enir:
“Dağlarda qida tapmayan canavarlar kəndə gəlməyə başlayıb. Səhər saatlarında imamımız 4-5 canavarı görüb. Məni çağırdı. Gələndə iti bu hala salmışdılar. Məni görəndə qaçdılar. Kənd sakinləri ciddi narahatlıq keçirir”.
Kənd əhalisi canavarların yenidən kəndə enə biləcəyindən ehtiyatlanır və aidiyyəti qurumlardan tədbir görülməsini istəyir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız