Sevda Ələkbərzadə babasının fotosunu paylaşıb bunları yazdı

saytların hazırlanması

Evə çatdırılma

Sevda Ələkbərzadə babasının fotosunu paylaşıb bunları yazdı

Şou

09 May 2025 13:54 470


Əməkdar artist Sevda Ələkbərzadə babası ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, müğənni babasının fotosuna bunları yazıb:

“Babamın timsalında Böyük Vətən Müharibəsində həlak olan bütün qəhrəmanlara minnətdarlıqla...  Dördpendirli pizza

Mənim babam da Böyük Vətən Müharibəsində döyüşüb. Onun yaşadıqları, çəkdiyi əziyyətlər və göstərdiyi igidlik ailəmizin yaddaşında əbədi iz qoyub. Onun timsalında cəbhədə canından keçən, qayıtmayan bütün şəhidlərimizin qarşısında baş əyirəm. 

Bu gün azad, başı uca yaşamağımız üçün həyatını fəda edən hər bir qəhrəmanın ruhu qarşısında sonsuz ehtiramla minnətdarlığımı bildirirəm. 

Sizin şücaətiniz və vətənə sevginiz heç vaxt unudulmayacaq. Qəhrəmanlarımız - əbədiyyətin sahibləridir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!