Sevgilisi ilə birləşib ərini öldürdü   – 17 il cəza aldı

saytların hazırlanması

Evə çatdırılma

Sevgilisi ilə birləşib ərini öldürdü – 17 il cəza aldı

Kriminal

18 Mart 2020 12:40 1189


Bu gun Ali Məhkəmədə əmisi oğlu ilə birləşib onun sevgilisinin ərini öldürən şəxsin məhkəməsi keçirilib. 

“Yenisabah”ın məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə azadlıqdan məhrum edilən Vəfalı Əliyevin 18 illik cəzası qüvvədə saxlanılıb. 

Xatırladaq ki, 2019-cu ilin may ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Nailə Ağayeva 17 il, Aqil Baxşıyev 18 il 6 ay, Vəfalı Əliyev 18 il azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb.  pizza sifarişi

Qeyd edək ki, hadisə ötən 2018-ci il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında baş verib. Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin "UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub. Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. 

Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar. İstintaqla müəyyən edilib ki, Ağayeva Nailə Alik qızı Baxşiyev Aqil Abitalıb oğlu ilə arasında olan yaxın münasibətdən əri Ağayev Mail Əlişan oğlunun son vaxtlar şübhələndiyi üçün sonuncunun ona qarşı artan zoraki hərəkətinə və təhqiredici sözlərinə son qoymaq, həmçinin, Aqil Baxşiyevlə daha sərbəst formada görüşmək, sevgilisi ilə olan münasibətini gizli saxlamaq üçün Aqil Baxşiyevi aralarında olan intim münasibəti kəsəcəyini bildirməklə Mail Ağayevi öldürməyə təhrik edib. Bu səbəbdən Aqil Baxşiyev qabaqcadan razılığa gələrək əlbir olduğu əmisi oğlu Əliyev Vəfalı Elsevər oğlu ilə birlikdə Mail Ağayevi öldürmək məqsədilə Masallı şəhərində olan mağazadan bıçaq aldıqdan sonra həmin gün saat 15 radələrində onları evə aparması adı ilə Mail Ağayevə zəng edib çağırıb və yolda onu öldürüblər. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!