“Sevil və Sevinci oğluma almazdım” - Xatirə İslam

saytların hazırlanması

Evə çatdırılma

“Sevil və Sevinci oğluma almazdım” - Xatirə İslam

Şou

18 Mart 2025 09:56 275


Müğənni Xatirə İslam həmkarı Sevil və Sevinc Səfərova bacıları haqda açıqlaması ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, sənətçi "Afaqla onlar" verilişində bunları deyib:

"Sevil Sevincdən xoşum gəlir. Böyük oğlum olsaydı, onları almazdım. Onlar qısa geyinirlər. İstəyirəm, gəlinim evdə otursun, qəşəng yemək bişirsin, çay dəmləsin. Yeyim, bir az kökəlim. Əkizlər o qədər gözəldilər, həmişə göz önündədirlər. Qısqanc adamam". pizza hut

Xatirə bir müddət əvvəl verdiyi "Böyük oğlum olsaydı, Aygün Bayramovanı alardım" açıqlaması haqda suala "Kimi demişəm? Xatırlamıram. Aygün Bayramova? Doğrudan? Yox, o yemək bişirən adama oxşamır, acından ölərdim. Sağ olsun. Yaxşı muğamlar oxusun" cavabını verib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!