"Qarabağ"-ın kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi saytına Avroliqada yer alacaqları qrup barəsində açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, 37 yaşlı müdafiəçi bildirib ki, A qrupunda “Sevilya”, APOEL və “Düdelanj” klubları ilə görüşdə maksimum nəticə göstərməyə çalışacaqlar:
“Klublara ayrı-ayrılıqda baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi. Onlar növbəti mərhələyə yüksəldilər. "Düdelanj"-la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında son dəqiqələrə qədər məğlub olurduq. Lakin yekunda bərabərlik qolunu vurduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun". Dominos pizza
Telegram kanalımız