Futbol üzrə Azərbaycan millisinin və Rusiya "Dinamo"sunun üzvü Ramil Şeydayev klubundan ayrılmaq üzrədir.
"Yeni Sabah" xəbər verir ki, onun yerinə "Legiya"nın futbolçusu Yaroslav Nezqoda gələ bilər. Moskva klubu artıq 24 yaşlı hücumçu ilə danışıqlar aparıb.
Rusiya mətbuatı uzun zamandır ki, Ramilin komandadan ayrılacağı haqqında məlumatlar yazır. Dominos pizza
Gələn ilin yayına qədər müqaviləsi olan hücumçu yeni baş məşqçi Kiril Novikovun gəlişindən sonra heyətə düşə bilmir.
Telegram kanalımız