Şeyx başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Şeyx başsağlığı verdi

Maraqlı

01 Dekabr 2021 15:07 860


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib. 

Bu barədə Yenisabah.az-a idarədən məlumat verilib.

"Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqoununda təlim uçuşları yerinə yetirərkən Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı 14 hərbi qulluqçunun şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmaları və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah şəhidlərə rəhmət eləsin!! pizza sifarişi

Şeyxülislam A.Paşazadə qəza zamanı yaralanmış hərbi qulluqçularımıza Uca Allahdan şəfaət diləyir, tezliklə sağalmaları üçün dualar edir", - məlumatda qeyd edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!