Şeyx çıxış etdi, Cahangir Əsgərov tapança bağışladı... - Telman İsmayılovun ad günündən   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şeyx çıxış etdi, Cahangir Əsgərov tapança bağışladı... - Telman İsmayılovun ad günündən VİDEO

Maraqlı

02 Oktyabr 2021 21:14 7905


Xəbər verdiyimiz kimi, “Çerkizovski” bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb. Bir vaxtlar Rusiyanın ilk milyarderlərindən sayılan T.İsmayılov təmtəraqlı ad günü məclisləri ilə daim dünya mediasının gündəmində olub. 2006-cı ildə 50 illik yubileyini qeyd edən iş adamını təbrik edənlər arasında Azərbaycan rəsmiləri də var.

Yenisabah.az xəbər verir ki, yubiley məclisində AZAL-ın prezidenti Cahangir Əsgərov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Baş Nazirinin sabiq birinci müavini Abbas Abbasov da iştirak edib. C.Əsgərov iş adamının şərəfinə mahnı oxuyub, ona tapança hədiyyə edib. A.Paşazadə məclisdə çıxış edərək T.İsmayılovun xeyriyyəçiliyindən danışıb, onu təbrik edib. Şeyx məclisə ailəsi ilə birlikdə gəldiyini də bildirib.

Həmin videokadrları sizə təqdim edirik: pizza mizza

/Yeniavaz
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!