Şeyxin qaçan arvadının fotoları yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Şeyxin qaçan arvadının fotoları yayıldı

Dünya

31 İyul 2019 06:37 1318


Uşaqları ilə birgə Dubaydan qaçaraq İngiltərəyə köçən Şahzadə Haya ilə əri Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid Əl Məktumun qarşı-qarşıya gələcəyi məhkəmə dünya mediasının diqqətindədir.

“Yeni Sabah” xəbər verir ki, məhkəmənin ilk iclasından fotolar yayılıb. Londondaa Ali Məhkəmənin binası qarşısına toplaşanlar Dubay əmiri Məktuma etiraz ediblər. Onlar şeyxin despot və qadın düşməni olması ilə bağlı şüarlar səsləndiriblər. 

Eyni zamanda plakatlarda da şeyxin seks manyakı, qatil olması ilə bağlı sözlər yazılıb. pizza

Şahzadə Haya məhkəməyə vəkili ilə birgə qatılıb. Məhkəmədə həyata keçirilən yüksək təhlükəsizlik tədbirləri xüsusi diqqət çəkib. Məhkəmənin bir boşanma və ya təzminat işi yox, uşaqların gələcəyi ilə bağlı olduğu bildirilir.

Öz cangüdəni ilə eşq yaşadığı deyilən şahzadə Hayanın Britaniyada qalmaq istəyəcəyi qeyd olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!