Xəbər verdiyimiz kimi, “Qarabağ” – APOEL matçınının baş hakimi Slovakiyalı Filip Qlovaya olacaq.
“Yeni Sabah” xəbər verir ki, 31 yaşlı ədalət təmsilçisi bundan əvvəl ancaq bir dəfə Azərbaycan komandalarının oyununa təyinat alıb.
Belə ki, gənc referi 2018-ci ildə Millətlər Liqasında İrlandiya (U-21) – Azərbaycan (U-21) oyununu idarə edib və onun siftəsi bizim üçün uğursuz olub. Rəqibimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə 2 sarı vərəqə meydan sahiblərinə, 3 sarı vərəqə isə Azərbaycan millisinin üzvlərinə göstərilib. Dominos pizza
Ən çox aşağı yaş qrup matçlarına təyinat alan referi ümumilikdə 24 beynəlxalq oyunlarda ədaləti qoruyub. O, bütün idarə etdiyi matçlarda isə 55 sarı, 4 qırmızı vərəqə göstərib, rəqib qapısına 8 penalti təyin edib.
Qeyd edək ki, “Qarabağ” – APOEL matçı 24 oktyabr, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç 20:55-də start götürəcək.
Naibə
Telegram kanalımız