Sığınacaqda baş verən faciə: “Dayısının zorakılığına məruz qalmışdı”

saytların hazırlanması

Evə çatdırılma

Sığınacaqda baş verən faciə: “Dayısının zorakılığına məruz qalmışdı”

Hadisə

20 Noyabr 2025 14:22 919


 

"Pəncərədən yıxılan qızı Sosial Xidmətlər Agentliyi sığınacağımıza yerləşdirilmişdi. Ailədə 2 uşaq olublar, o qızın 7 yaşı olanda ana dünyasını dəyişib. Həmin uşaqları da dövlət yaxın qohumlarının, yəni nənə və babasının himayəsinə vermişdi".

Bunu "Yeni Sabah"a "Təmiz Dünya"ya məxsus sığınacaqda koordinator vəzifəsini tutan Gülnar Ağayeva bildirib. Sezar pizza

Onun sözlərinə görə, faciə nəticəsində ölən qız bu il sentyabrın 4-də sığınacağa yerləşdirilib:

"Həmin uşaqlar nənəsigilin yanına yerləşdirildikdən sonra öz dayılarının zorkılığına məruz qalıblar. Dəqiləşdirim, söhbət cinsi zorakılıqdan getmir.

Sonra həmin uşaqlar polisə müraciət edib. DİN də o xanımı Sosial Xidmətlər Agentliyinə yönləndirib. Məsələ araşdırıldıqdan sonra agentlik həmin qızı bu ilin sentyabr ayında  bizim sığınacağımıza yerləşdirmişdi. Bir bacısı var idi. O da özündən böyükdür və ailəlidir".

Xatırladaq ki, "Motodrom" qəsəbəsindəki sığınacaqda yaşayan yeniyetmə qız 4-cü mərtəbədən yıxılaraq vəfat edib. 2009-cu il təvəllüdlü N.C. dördmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən yerə düşüb. Xəstəxanaya yerləşdirilən N.C. orada ölüb. Hazırda rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!