Silahlı insidentlə bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Silahlı insidentlə bağlı cinayət işi açıldı

Kriminal

19 Dekabr 2019 06:21 1288


Balakəndə 4 nəfərin xəsarət aldığı silahlı insidentlə bağlı cinayət işi başlanıb. 

“Yeni Sabah” xəbər verir ki, rayonun Yeni Şərif kəndində 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədiyyə oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhməd Bağmanovu güllələyib. Ov tüfəngindən açılan atəşdən sonra ətrafa yayılan qırmalar 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicə Əhməd qızı Baydarova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbovadu da yaralayıb. 

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və zəruri ekspertizalar təyin edilib. Marqarita pizza

APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!