Siliya Flores haradadır?

saytların hazırlanması

Evə çatdırılma

Siliya Flores haradadır?

Dünya

05 Yanvar 2026 14:40 404


Nikolas Maduro ilə birlikdə Venesueladan qaçırılan xanımı Silia Flores yalnız bir və ya iki dəfə görüntülənib.

"Yeni Sabah" Fox News-a istinadla xəbə verir ki, Ağ Ev rəsmiləri cütlüyün aqibəti barədə danışarkən onun adını ümumiyyətlə çəkmirlər.

O cümlədən Donald Tramp Flores haqqında heç nə danışmayıb. "Ona görə də Siliyaya dair planın nə olduğu bəlli deyil", - beynəlxalq siyasət üzrə ekspert Roksana Virgil bildirib. Toyuqlu pizza

"Hətta dövlət katib Marko Rubio Maduronun hakimiyyətdən getməsi üçün səxavətli təkliflərdən imtina etdiyini, eyni zamanda, Siliyanın Maduro ilə niyə birlikdə qaçırıldığını və məxfi danışıqlarda hansı rol oynadığını qeyd etmədi. 2020-ci ildə Maduroya qarşı ittiham irəli sürülərkən belə xanım Floresə qarşı ittiham irəli sürülməyib, - Virgil xatırladıb. - Prezident Trampın son 4 ayda Maduroya qarşı ritorikasına Siliya daxil deyil".

Hazırda Siliya Floresin harada saxlanıldığı da dəqiq bilinmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!