Şimali Osetiya Ukrayna PUA-larının hücumuna məruz qaldı, yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Şimali Osetiya Ukrayna PUA-larının hücumuna məruz qaldı, yaralılar var

Dünya

18 Yanvar 2026 19:04 575


Ötən gecə Şimali Osetiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo məlumat verib.

Beslan şəhərində vurulan dronlardan birinin qalıqları beşmərtəbəli yaşayış binasının damına düşüb. Nəticədə ikisi uşaq olmaqla, üç nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə yoxdur. Binadan 70 nəfər təxliyə edilib, tikilinin damına və pəncərələrinə ziyan dəyib. Marqarita pizza

PUA hücumu ilə əlaqədar səhər saat 05:30 radələrindən Vladikavkaz, eləcə də Qroznı və Maqas hava limanlarında təyyarələrin qəbulu və göndərilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Artıq hava limanlarında məhdudiyyət aradan qaldırılıb.

Rusiya Müdafiə Nazirliyi Şimali Osetiya üzərində 7 PUA-nın vurulduğunu açıqlayıb./APA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!