"Bu seçimin olmağına əmin deyiləm".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan deyib.
O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində bir neçə günə yerləşdirilə biləcəyi barədə açıqlamasını şərh edib: Dördpendirli pizza
“Təşkilatda öz maraqları olan bir çox müxtəlif ölkələr var və onlardan birinin veto qoymayacağına əmin deyiləm. Bizə heç nə demədikləri üçün təfərrüatlarını bilmirəm. KTMT-yə üzv dövlətlərdən birinin rəhbərinin Azərbaycanla bağlı, Əliyevlə bağlı fikirlərini necə ifadə etdiyini özünüz də efirdə gördünüz. Bilmirəm birdən nə dəyişdi?
Biz yalnız aydın siyasi qiymət tələb etdik. Onlar bu aydın siyasi qiymətdən belə geri çəkildilər.
Xovayevin sənədindən də bəhs edilmir. Rusiya Ermənistanın razılaşdığı variantı təqdim etdi, lakin nə üçün müttəfiq tərəfdaşlarımız bu variant baxımından ardıcıl olmadılar və indi bu razılaşmadan sonra Praqa razılaşmasından narazı qaldılar, məncə, bu sualları soruşmaq və müzakirə etmək lazımdır”.
Xatırladaq ki, Lavrov Ermənistan və Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsi təklifinin hələ də müzakirə olunduğunu bildirib: “Əgər erməni müttəfiqlərimiz və dostlarımız hələ də onunla maraqlanırsa, bu missiya sözün əsl mənasında, bir-iki gün ərzində yerləşdirilə bilər”.
Telegram kanalımız