Simonyan: “Mən Rusiyanı əyri oturub, düz danışmağa səsləyirəm“

saytların hazırlanması

Evə çatdırılma

Simonyan: “Mən Rusiyanı əyri oturub, düz danışmağa səsləyirəm“

Rəsmi

28 Fevral 2023 14:16 1042


“Sülh müqaviləsi müzakirələrində Rusiyanın rolu var, lakin Moskvanın bu məsələ ilə bağlı əsəbi reaksiyaları lüzumsuzdur".

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan bildirib.

O deyib: “Hər hansı digər tərəf nə isə etmək istəyəndə Moskvanın reaksiyası çox emosional olur. Onlar bir az sakit və təmkinli olmalı, vəziyyəti başa düşməlidirlər. Kreml anlamalıdır ki, Ermənistanın maraqları və təhlükəsizlik problemi var və bu, heç kimin qısqanclığı olmadan təmin etməlidir”. pizza sifarişi

A. Simonyan əlavə edib: “Mən Rusiyanı əyri oturub, düz danışmağa səsləyirəm. Rusiya Ermənistanın ərazi bütövlüyünün təhlükəsizliyini təmin edən ölkə olub, eləcə də ERmənistanda Rusiyanın hərbi bazası yerləşir və razılaşmalarımız da buna yönəlib”.

Spiker qeyd edib ki, əgər Rusiya məsələni başqa yolla həll edə bilsə, o zaman Ermənistan ancaq bunu dəstəkləməklə kifayətlənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!