Şirvanda avtobusda dava: Sürücü dispetçerə vintaçanla xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda avtobusda dava: Sürücü dispetçerə vintaçanla xəsarət yetirdi

Hadisə

17 May 2025 15:44 379


Şirvan şəhərində sürücü dispetçeri döyüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Şirvan şəhəri, Salyan yolu adlanan ərazidə baş verib.

9 saylı marşrut avtobusunun sürücüsü Bəxtiyar dayanacağa daxil olaraq, oradan tez çıxmaq istəyib. Amma dayanacaqda həmin xəttə nəzarət edən dispetçer Azər buna narazılıq edib və digər avtobusun intervalına problem yaradacağını deyib. Sürücü buna görə dispetçer ilə mübahisə edib. Mübahisə zamanı Azər Bəxtiyarı söyüb və bununla da dava başlayıb. Nəticədə Bəxtiyar Azəri vurub və ona vintaçanla xəsarət yetirib. Marqarita pizza

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.

Məhkəmə Bəxtiyara 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!