Şirvanda polis əməkdaşının törətdiyi qəza ölümlə nəticələndi - Video

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda polis əməkdaşının törətdiyi qəza ölümlə nəticələndi - Video

Hadisə

07 Sentyabr 2020 21:47 1192


Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Şirvan şəhər polis şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı 24 yaşlı Murad Şərifov idarə etdiyi minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib. pizza sifarişi

Nəticədə yol kənarında dayanan digər minik avtomobilinə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sürcü - Şirvan sakini, 40 yaşlı Ələsgər Soltanov və piyada Şirvan sakini, 52 yaşlı Eldar Ələkbərov ağır xəsarətlərlə Hacıqabul rayon mərkəzi xəstəxanasına yerləşdirlib.

Piyada aldığı ağır xəsarətlərdən orda vəfat edib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!