"Mançester Siti" "Lids"in yarımmüdafiəçisi Kalvin Fillipsi transfer edib.
Yenisabah.az xəbər verir ki, klubun sosial şəbəkələrində yeni futbolçunun təqdimatını əks etdirən foto və videolar yayılıb.
İngiltərə millisinin üzvü "Siti"yə 48,7 milyon avroya başa gəlib. Müqavilə 6 il müddətinə imzalanıb. Kalvin yeni klubunda 4 nömrəli formada çıxış edəcək. Dominos pizza
2014-cü ildən "Lids"də çıxış edən futbolçu ümumilikdə 233 oyuna 13 qol vurub, 14 məhsuldar ötürmə edib.
Telegram kanalımız