Siyavuş Novruzovun xanımı Ombudsman oldu

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzovun xanımı Ombudsman oldu

Siyasət

29 Noyabr 2019 09:51 1824


Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Yenisabah.az xəbər verir ki, Milli Məclisin bü gün keçirilən iclasında Ombudsman vəzifəsinə namizədlərlə bağlı müzakirələr aparılıb və deputatlar Səbinə Əliyevanı yeni müvəkkil kimi görüblər. 

Xatırladaq ki, Prezident İlham Əliyev parlamentə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 yeni namizəd irəli sürmüşdü: Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva. Sezar pizza

Səbinə Əliyeva YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun xanımıdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!