“Bu oyunla Fransanı məğlub etmək çətin olacaq”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Türkiyə Milli komandasının baş məşqçisi Şenol Günəş Özbəkistanı məğlub etdikləri (2:0) hazırlıq oyunundan sonra deyib. Təcrübəli mütəxəssis əvvəlcə matçı şərh edib:
“Tam heyətlə çıxmağa çalışdıq. İstirahətə ehtiyacı olan futbolçulara istirahət verdik. Keçirdiyimiz 2 hazırlıq oyununa baxsaq, istədiklərimizi etməyə çalışdıq. Amma bu oyunla Fransayla bacarmaq olmaz. Bizim üçün çətin olacaq”. Dominos pizza
Baş məşqçi eyni zamanda müxbirin heyətlə bağlı verdiyi sualı belə cavablandırıb: “Siz heç nəyə qarışmayın, biz işimizi görərik”.
Telegram kanalımız