Şizofreniya xəstəsinin gəlinlərini öldürmək cəhdi: İki övladı qaçıb, beş yaşlı uşaq isə... - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şizofreniya xəstəsinin gəlinlərini öldürmək cəhdi: İki övladı qaçıb, beş yaşlı uşaq isə... - Fotolar

Kriminal

01 Fevral 2020 18:22 1785


Ağcabədi rayonunda şizofreniya xəstəsinin qohumu olan qadını öldürməyə cəhd etdikdən sonra intihar etməsinin bəzi təfərrüatları məlum olub.

"Yeni Sabah" xəbər verir ki, rayonunun Qaraxanlı kənd sakini, 29 yaşlı Hüseynova Könül Surxay qızı yaşadığı evdə həyat yoldaşının əmisi, 50 yaşlı Hüseynov Müşfiq Oruc oğlunun hücumuna məruz qalıb. Ruhi xəstə kimi qeydiyyatda olan M.Hüseynov dəhrə və bıçaqla qadına yaşadığı evdə hücum edib. 

Zərərçəkmiş deyib ki, M.Hüseynov hasardan adlayaraq, evə daxil olub. O, gənc qadına kəsici alətlərlə xəsarət yetirib. K.Hüseynova doqquz və on yaşlı iki övladını götürərək, evdən qaçıb. Onun beş yaşlı uşağı isə evdə çarpayının altında gizlənib. Səs-küyü eşidən qonşular onun köməyinə çatıb, M.Hüseynovu tutaraq, evdən uzaqlaşdırıblar.  Dördpendirli pizza

Kəsilmiş-deşilmiş xəsarətlər alan K. Hüseynova xəstəxanaya çatdırılıb.

Bundan sonra M.Hüseynov sirkə turşusu içərək, özünü öldürüb. 

K.Hüseynovanın yaxın qohumu Səyyarə Əliyeva bildirib ki, M.Hüseynov əvvəllər də bir neçə dəfə bu ailədən olan qadınlara hücum çəkib, K.Hüseynovanın qayınanasını öldürməyə çalışıb:

“Hələ də bədəninin müxtəlif yerlərində xəsarət izləri var. Amma sonradan sakitləşmişdi. Uşaqlara hədiyyə alırdı, öz balası kimi çox istəyirdi. Bir həftə olar ki, xəstəxanadan çıxıb”.  /APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!