Slovakiyanın güllələnən baş nazirinin vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Slovakiyanın güllələnən baş nazirinin vəziyyəti açıqlandı

Siyasət

30 May 2024 19:16 646


Mayın 15-də sui-qəsd cəhdi nəticəsində yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə siyasətçinin müalicə aldığı Banska Bıstritsa şəhərindəki Ruzvelt xəstəxanasının baş həkimi Miriam Lapunikovaya məlumat verib.

"İnanırıq ki, onun səhhəti yaxşılaşmağa davam edəcək və sağalma prosesi çox müsbət gedəcək", - deyə Lapunikova bildirib. pizza

Xəstəxana rəhbərliyinin məlumatına görə, Fitso cümə axşamı nəzarət tibbi müayinəsindən keçib.

Bu arada, Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak Fitsonun xəsarətləri çox ağır olduğundan onun müalicəsinin uzun çəkəcəyi barədə fikir bildirib. Qeyd edək ki, sui-qəsd zamanı hökumət başçısı beş güllə yarası alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!